Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bütün dünya bu fotodan danışır - 25-dən çox İsrail əsgəri və dik duruşu ilə diqqət çəkən 14 yaşlı fələstinli

İsrail əsgərlərinin 14 yaşlı fələstinli yeniyetməyə qarşı tətbiq etdiyi zorakılıq dünya mediasının gündəminə çevrilib. 

Avropa.info xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyan qərarı ilə Fələstin xalqı küçələrə tökülüb.

Qəzza, İordan çayının qərb sahili, Qüds, Əl-Xəlil və bir çox bölgədə etiraz aksiyaları keçirilir.

Bu arada 25-ə yaxın İsrail əsgərinin 14 yaşlı fələstinli yeniyetmə Fevzi əl-Junidini gözləri bağlı şəkildə apardıqlarını əks etdirən bir foto bir çox nüfuzlu media orqanlarında yayılıb. Dünyanın nüfuzlu media qurluşları fotoda İsrail əsgərlərinin təlaş içində olduqları, fələstinlui yeniyetmənin isə dikduruşuna diqqət çəkiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...