Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı - VİDEO

İsrailin müdafiə ordusu fələstinli tacirdən alma oğurlayan komandiri xidmətdən uzaqlaşdırıb.

Mynews.az oxu.az-a istinadən bildirir ki, bu barədə Silahlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.

"Ordu bu cür hərəkəti məqbul saymır. Araşdırmalardan sonra komandir xidmətdən uzaqlaşdırılıb. O, cəzasını alıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarından sonra dekabrın 9-da Hevron şəhərində baş qaldıran iğtişaşların yatırılması üzrə aparılan xüsusi əməliyyat zamanı baş verib. 84-cü piyada briqadası "Givati"nin dəstə komandiri rayonlardan birini yoxlayarkən, sahibinin qoyub qaçdığı piştaxtaya yaxınlaşaraq üç alma götürüb və əsgərlərinə ötürüb. Bütün bunlar şahidlər tərəfində videoya alınıb və sonra Twitter-də yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...