Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yalandan hamiləyəm dedi, dövlətə xeyli ziyan vurdu

Rusiyada maraqlı cinayət hadisəsi baş verib. Bizimyol.info Rusiya mediasına istinadən xəbər verir ki, Kamçatkada yaşayan mühasibatçı qadın yalanadan hamiləyəm deyərək, dövlətə 5000 dollardan çox ziyan vurub. Belə ki, o 2017-ci ilin iyun ayında qadın məsləhgətxanasında hamilə kimi adını qeydiyyata salıb. Heç bir analiz vermədən iş yerindən özünə analıq məzuniyyəti götürən xanım bu yolla 263 min rubl mənimsəyib.

Cinayət faktının üstü onun doğum zamanının gəlməsinə baxmayaraq xəstəxanaya müraciət etmədiyi zaman açılıb. Belə ki, onun evinə gələn tibb işçilərinin araşdırması nəticəsində bu qadının 4  dəfə analıq məzuniyyəti götürməsi, lakin övlad dünyaya gətirməməsi məlum olub. İndi mühasib xanım həm dövlətdən mənimsədiyi pulları geri qaytarmalıdır, həm də Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3 cü bəndinə əsasən 6 il də həbsdə qalmalıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...