Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 yaşlı qızı sevgilisi zorladı sonrada... - VİDEO

Xərçəng xəstəliyinə qalib gələn 15 yaşlı qız həyatının ən böyük şokunu yaşayıb. Gənc qıza sevgilisi və onun dostu təcavüz edib.

Hadisə Hindistanda baş verib.

Mynews.az unikal.org-a istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş şəhərində yaşayan 15 yaşlı qız qısa müddət öncə qan xərçəngi ilə mübarizə aparıb və sağlamlığına qovuşub. Ötən həftə sonu isə o sevgilisi ilə görüşməyə gedib. Daha sonra sevgilisinin dostu da onlara qoşulub. Hadisə də bundan sonra baş verib.

Gənc qızla eyni yaşdakı iki təcavüzkar onu meşəlik sahəyə aparıb təcavüz edib. Təcavüzkarlar qaçdıqdan sonra gənc qız, qorxudan və yorğunluqdan bitmiş şəkildə yol kınarına doğru sürünüb. Yoldan keçən bir avtomobili dayandırıb və evə getmək üçün ondan kömək istəyib.

45 yaşlı sürücü kömək edəcəyini söyləyib qızı tənha bir yerə aparıb. Daha sonra gənc qıza təcavüz edən kişi onu yol kənarına atıb qaçıb. Gənc qız, təxminən iki kilometr gedərək evinə çata bilib. Gənc qızın atası polisə şikayət edib. Qızın sevgilisi və dostu yaxalanıb, şoferin axtaışına başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...