Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vəhşi fil selfi həvəskarını ölümünə tapdaladı

"Pragativadi" nəşri xəbər verir ki, Hindistanın Odişa ştatında vəhşi fil onun fonunda şəkil çəkmək istəyən gənc adamı tapdalayıb.

Mynews.az xəbər verir ki,Nimidibeda kəndindən Cayakruşna Nayak sürüdən ayrı düşən tənha erkək fillə şəkil çəkdirmək istəyib. Heyvan kənd yaxınlığındakı məbədin yanında gəzirmiş. Fil xəstə imiş kimi lap yavaş hərəkət edirmiş, ona görə Nayak düşünüb ki, o təhlükəsizdir. Amma, gənc şəkil çəkmək istəyərkən qəflətən fil ona cumub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da həkimlər onu xilas edə bilməyiblər.

Oxşar hadisə həmən ştatda sentyabrda da baş verib. O vaxt sərxoş kişi şəkil çəkdirmək istəyəndə fili qəzəbləndiribmiş.

Noyabrda da Zambiyada fil iki turistə hücum edib və ölümünə tapdalayıb. Qadın turist filə çox yaxınlaşdığına görə, güman ki, onu qıcıqlandırıb.
//moderator.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...