Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Santa-Klaus uşağı döydü

Santa-Klaus uşaqlara hədiyyələr gətirir, onları sevindirir. 5 yaşlı oğlan isə Bu santanı həyatı boyu unutmayacaq. Çünki Santa onu ağac parçası ilə, dəyənəklə döyüb.

Mynews.az Daily Mail-ə istinadən bildirir ki, biabırçı olay Rumıniyanın Bistritsa-Nesaud şəhərinin yaxınlığındakı kənddə yaşanıb.

Şəhər sakini olan 31 yaşlı qadın evə Santa-Klaus sifariş edib.

"Santa" gələndə isə o, "Santa-Klaus, oğlum sözümə baxmır, dəcəllik edir, onu cəzalandır" deyib.

"Santa" da eləmə tənbəllik, dəyənəklə uşağı "tərbiyələndirməyə" başlayıb.

Döyülən 5 yaşlı oğlanın atası evə gələndə gözüyaşlı övladının şikayətini dinləyəndən sonra polisə şikayətlənib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...