Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Konqoda 400 min uşaq acından ölə bilər

Konqoda 400 000-dək uşaq acından ölə bilər, yaxın yarım il ərzində ölkədə ərzaqla bağlı vəziyyətin normallaşacağı proqnozlaşdırılmır.

Mynews.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in məlumatında qeyd olunur.

“Kasai bölgəsində azı 400 mindən artıq zəif uşaq acından ölə bilər. Faciəvi vəziyyətin yaranmasına səbəb zorakılıq, insanların kütləvi şəkildə yerdəyişməsi və son 1,5 il ərzində kənd təsərrüfatı işlərinin kəskin azalmasıdır”, - deyə BMT-nin uşaq fondundan bildirilib.

Cari ildə əkin mövsümü səmərəsiz keçdiyindən humanitar vəziyyətin azı 2018-ci ilin iyununadək çox ağır olacağı proqnozlaşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...