Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həsən Ruhani: ABŞ heç vaxt dürüst vasitəçi olmayıb, olmayacaq da...

"ABŞ administrasiyasının bu yaxınlardakı qərarı ABŞ-ın sionistlərin maraqlarını maksimum dərəcədə təmin etməyə çalışdığını və fələstinlilərin qanuni hüquqlarına hörmət etmədiyini açıq şəkildə ortaya qoydu".

Mynews.az Report-a istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani "Twitter" səhifəsində yazıb.

"ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq", - o əlavə edib.

Xatırladaq ki, H.Ruhani bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı növbədənkənar sammitində iştirak edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...