Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur iş adamı oğlunu GÜLLƏLƏDİ - FOTO

Türkiyəli iş adamı Nemət Tarlak doğma oğlunu öldürüb.

BiG.AZ xəbər verir ki,30 ildən çoxdur İzmirdə ayaqqabı istehsal edən şirkətin rəhbəri olan Nemət Tarlak oğlu Buraka iki dəfə atəş açıb.

Məlumatlara görə, Burak hadisə baş verən gecə şirkətə gələrək, atasından pul istəyib. Nemət oğluna pul vermədikdə onların arasında mübahisə düşüb. Oğul üzərində gəzdirdiyi bıçaqla atasına hücum edib. Bu zaman Nemət cibindəki tapançadan Buraka atəş açıb.

Oğul hadisə yerində ölüb, ata isə polis tərəfindən saxlanılıb.

İlkin dindirilmə zamanı iş adamı cinayəti etiraf edib: "Oğlum işləmir, narkotik istifadəçisidir. Məndən pul istədi, vermədim. Bir neçə dəfə pul üstündə mübahisəmiz olub. Axırıncı dəfə özümü saxlaya bilmədim, atəş açdım. Çox peşmanam".

4 il əvvəl Özgə Tarlakla evlənən Burakın hadisə baş verən gecə oğlu dünyaya gəlib. Özgə oğluna Burakxan adını verib.

Məşhur iş adamı oğlunu GÜLLƏLƏDİ - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...