Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şimali Koreya haqqında bilmədiyiniz 18 gerçək - FOTOLAR

Şimali Koreyada internet qadağandır

1. 3 milyon insanın yaşadığı paytaxt Pyongyangda sadəcə elit təbəqə yaşayır. 

Xalqın geri qalanının burada yaşaması qadağandır. Ölkənin paytaxtından başqa digər yerlər yoxsul vəziyyətdədir. Ölkə əhalisinin üçdə biri ac vəziyyətdədir. Aclığa görə Şimali Koreya Somali ilə birlikdə sonuncu yer olan 174-cü yerdədir.      2. Şimali Koreya, Cənubi Koreya ilə sərhəddə saxta qəsəbələr inşa edib.   Saxta kənd və qəsəbələrin hazırlanmasında əsl məqsəd cənubluları qısqandırmaqdır. Bu tip qəsəbələrdə günün 20 saatı boyunca Şimali Koreyanı tərifləyən çıxışar səsləndirilir. Bu tip saxta qəsəbələrdə bir nəfər belə yaşamır.      3. Şimali Koreyada hökumət insanlara bir sıra yalanlar deyir.   Bunlardan biri Cənubi Koreyanın ABŞ işğalı altında əziyyət çəkməsidir. Bundan əlavə rəsmi məlumata görə Şimali Koreyada qida sıxıntısı var, amma digər ölkələrdə vəziyyət daha pisdir. Hətta ABŞ-da insanlar aclıqdan qar yeyirlər, digər ölkələr isə Şimali Koreyanı qısqanırlar.     4. Şimali Koreyda hər beş ildən bir seçki keçirilir.    Lakin seçkidə cəmi bir namizəd var. O da Kim Jong-undur.     5. Şimali Koreyada işçilər 6 gün çalışırlar.    Bazar günü isə onlar könüllü olaraq işləyirlər. Əslində isə onlar "könüllü" adı ilə məcbur işlədilirlər.     6. Şimali Koreyada internetdən istifadə qadağandır.    Yalnız hökumətin nəzarəti ilə bir neçə sayta girmək mümkündür. Bundan əlavə hökumətin icazəsi ilə siz komputer əldə edə bilərsiniz.      7. Şimali Koreya vətəndaşlarının ölkə xaricinə çıxması qadağandır   Ölkədən qaçanların bəziləri müxtəlif yollarla ölkəyə gətirilir və onlar edam edilir.      8. Şimali Koreya 2016-cı ildə yox, 105-ci ildədir.   Bunun səbəbi ölkədə təqvimin lider sayılan Kim Il-sungun doğum günündən hesablanmasıdır.       9. Ölkədə şagirdlərə keçilən ən əsas dərs Şimali Koreya tarixi və Kim ailəsinin tarixidir.   Xalq ölkə liderlərinin böyük gücə sahib olduqlarına inanır. Ölkədə 15 yaşdan yuxarı hər kəs yaxasında Kim Il-sungun nişanını taxmalıdır.       10. Dərslik kitablarında yazılanlara görə, ölkə lideri olan Kim Jong-un 3 yaşında avtomobil idarə etməyi öyrənib.   Rəsmi məlumatlara görə isə, o 3 həftəlik olarkən yeriyib, 8 həftəlik olarkən danışmağa başlayıb, universitet illərində 3 il ərzində 6 opera və 1500 kitab yazıb. Bundan əlavə onun hava vəziyyətini idarə etdiyinə və istədiyi zaman yağış yağdırma bacarığının oluğuna inananlar da var. Hətta onun tualetdən istifadə etmədiyinə inananlar da çoxdur.      11. Ölkədə qaydaların yanlış olduğunu düşünənlər xüsusi hazırlanmış düşərgələrə göndərilir   Burada onlara müxtəlif işgəncələr verilir. İddialara görə, həmin düşərgədə olan bir ana, uşağı durmadan ağladığı üçün onu boğaraq öldürmüşdü.    12. Dünyanın ən böyük stadionu bu ölkədədir   Həmin stadionun insan tutumu 150 mindir. Lakin bu stadionda futbol oyunları əvəzinə dövlət tədbirləri keçirilir.    13. Ölkədə yalnız cinayət işləyənlər cəzalandırılmır.    Cinayəti işləyən şəxsin ailəsi də onunla birlikdə cəzalandırılır. Əgər həmin şəxs həbsxanaya girirsə ailəsi də onunla birlikdə həbsxanaya göndərilir. Həbsxanada yeni doğulan körpə də ömrünün sonuna qədər həbxsanada qalmalıdır.    14. Ölkədə dəhşətli qadağalara baxmayaraq narkotik istifadəsi sərbəstdir.    15. Ölkədə təxminən 1000 nəfərdən 1-i avtomobil sahibi ola bilər.    16. Şimali Koreyada kişilərin 10, qadınların isə 18 saç düzümündən istifadə etməsinə icazə verilir. Bu iddia tamamilə doğru olmasa da, təkzib də edilməmişdir. Əgər siz qeyri-adi saç düzümündən istifadə etsəniz bu sizin sonunuz da ola bilər.      17. Ateist bir ölkə olan Şimali Koreyada, dini inanc azadlığı olsa da ibadət etmək qadağandır.    2013-cü ildə 80 nəfər xristian bir staionda edam edilmişdi. Səbəb isə evlərindən dini kitabların tapılması idi. Bu qadağa "Qurani-Kərim" kitabı üçün də keçərlidir. Əgər ölkəyə daxil olmağı bacarsanız və "Qurani-Kərim" kitabını da cəmiyyət içində açıb oxusanız bu sizin sonunuz ola bilər.      18. Ölkəyə çox az sayda turist gəlir   Gələn turistlər isə əvvəlcədən müəyyən edilmiş hotellərdə qalır. Onların arxa küçələrə çıxması qadağandır. Turistlər yalnız əvvəlcədən müəyyən edilmiş yerlərdə şəkil çəkdirə və yenə də öncədən təyin edilmiş koreyalılarla söhbət edə bilərlər.  
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...