Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müharibə şiddətləndi, qırıcılar dayanmadan bombalayır... - 14 ölü

Yəməndəki şiə Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atdığı raket müharibənin şiddətlənməsinə səbəb olub.

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, səudiyyəlilərin rəhbərlik etdiyi koalisiya qüvvələri raket hücümunun ardınca Yəməndəki İran dəstəkli üsyançıların mövqelərinə hava hücumu edib.

Hücum zamanı Yəmənin Şəbvə şəhərində bir evi bombalanıb. Yerli mənbələr hadisə nəticəsində ən azı 14 nəfərin öldüyünü bildirib. Ölənlərin çoxu uşaqlar və qadınlardır.

Ötən gün Yəməndən Səudiyyə Ərəbistanı kralının sarayına hədəflənmiş raketin görüntüləri paylaşılıb. Husilərin media təşkilatı tərəfindən paylaşılan görüntülərdə raketin haradan atıldığı ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, Husilər keçən ay Ər-Riyada raket hücumu etmişdilər. Beynəlxalq hava limanının yaxınlığına düşən raket Yaxın Şərqdəki əzəli düşmənlər İran və Səudiyyə Ərəbistanını bir-birinə qarşı qoymuşdu.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...