Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

KXDR-in daha bir hərbçisi Cənubi Koreyaya qaçdı

Daha bir Şimali Koreya hərbçisi quru sərhədi ilə keçməklə Cənubi Koreyaya qaçıb.

Mynews.az-ın xəbərinə əsasən, bu barədə Qərərgah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, "aşağı rütbəli" KXDR hərbçisi yerli vaxtla 08:04-də qərb nəzarət-buraxılış məntəqəsində görünüb. Hərbçi "qatı duman"dan istifadə edərək sərhəddi keçib.

Xatırladaq ki, noyabrda demilitarizasiya edilmiş zonadan KXDR əsgərinin Cənubi Koreyaya keçməsi barədə məlumat yayılmışdı. (Oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...