Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Duman 5 nəfəri öldürdü

Türkiyənin şərqindəki Ağrı vilayətində sıx duman nəticəsində yol qəzaları baş verib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, iki yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Xəsarət alanlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata əsasən, Ağrıda duman nəticəsində görüntü məsafəsi 20 metrə qədər azalıb.

Yaxın iki gün ərzində də havanın dumanlı olacağı bildirilir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...