Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mühafizəçini şillələyən rəis işdən qovuldu - VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsi Mühafizə İdarəsinin rəisi Tayfun Karalı işdən qovulub.

A24.az  xəbər verir ki, buna səbəb rəisin mühafizəçini döyməsidir.

Belə ki, bir neçə gün öncə Tayfun Karalı mühafizəçini təhlükəsizlik lentini icazəsiz istifadə etdiyi üçün təhqir edib. Hirsi soyumayan rəis daha sonra mühafizəçini şillələyib. O, zərbələrin təsirindən huşunu itirib. Bundan sonra xəstəxanaya yerləşdirilib.

Hadisə lentə alınıb.

Məsələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mevlüt Uysal öz “Twitter” hesabında məlumat paylaşıb. Bildirilir ki, Tayfun Karalı vəzifəsindən uzaqlaşdırılıb. Onun barəsində araşdırma başlanılıb.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...