Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hindistanda DƏHŞƏTLİ QƏZA - 30 nəfər öldü

Hindistanda baş vermiş dəhşətli qəza nəticəsində 30 nəfər həlak olub, 15-i yaralanıb.

Mynews.az India Today telekanalına istinadən xəbər verir ki, bu gün Hindistanın şimalında avtobusun yoldan çıxaraq çaya düşməsi nəticəsində 30 nəfər dünyasını dəyişib, 15-i isə ağır yaralanıb. Avtobus Radjastxanda Savay-Madxopur şəhərindən Lalsot yaşayış məntəqəsinə hərəkət edirmiş. İlkin məlumatlara görə, avtobus sürücüsü yüksək sürətlə hərəkət etdiyi üçün idarə etməni itirib. Nəticədə avtobus körpüdən çaya düşüb.

Qeyd edilib ki, bütün zərərçəkmişlər ən yaxın xəstəxanalara çatdırılıblar. Qəza yerində xilasedici əməliyyatlar işləri aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...