Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Ordusunun gücü işğalçıları vahimədə saxlayır! - TƏHLİL

Rusiyali hərbi ekspertlər erməniləri bu cür məyus etdilər

Azərbaycan Ordusunun bütün istiqamətlərdəki inkişafı və modernləşdirilməsi, ən müasir texnika və silahlarla təchizi, həbri qulluqçularının yüksək səviyyəli təlimləri və döyüş ruhunun daim yüksəkdə olması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkəmizin Silahlı Qüvvələri regionun ən güclü Ordusu olaraq qəbul edilməkdədir. Hələ 2016-cı ilin aprel müharibəsi zamanı əldə edilən şanlı zəfər bilavasitə bu faktorun məntiqi nəticəsidir. Əbəs deyil ki, bu gün işğalçı Ermənistanın mediasında son günlərədək məğlubiyyət sindromunu əks etdirən yazı və məqalələr, politoloq, ekspert rəyləri işıq üzü görür.

Misal üçün, Ermənistanın aparıcı saytlarından biri olan 1.in.am saytı Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenqauerdən müsahibə alaraq, bir daha erməni ordusunun zəifliyini, məğlub durumda olduğunu dərk etmək məcburiyyətində qalıb. (http://ru.1in.am/1209459.html)

Pavel Felqenqauer: “Bu, sizin günahınız deyil, sizin bəlanızdır”

Aprel müharibəsinə toxunan rusiyalı hərbi ekspert qeyd edib ki, bu müharibə erməni ordusunun çatışmazlığını, eləcə də hərbi və döyüş hazırlığı sahəsindəki uğursuzluğunu sübuta yetirdi. “Əgər Azərbaycan dayanmasaydı, növbəti hadisələrin necə cərəyan edəcəyini təsəvvürə gətirmək mümkün olmazdı”-deyə qeyd edən Felqenqauerə görə, Ermənistan ordusu baş verənlərdən dərs çıxarsa da, bir sıra fundamental məsələlər qalmaqda davam edir. SİTAT: “Bu, Ermənistan silahlı qüvvələrinin geridə qalmasıdır. Bu sizin günahınız deyil, sizin bəlanızdır”.

Hərbi ekspert erməni ordusunda Azərbaycan Ordusunda olan müasir hərbi texnikanın və avadanlıqların olmadığını deyib və buna misal olaraq bildirib ki, Azərbaycanda zərbə endirən pilotsuz uçuş aparatları var və aprel müharibəsi dövründə həmin uçan aparatlar erməni zirehli maşınlarını və texnikalarını məhv etdi. “Yerevanda bənzər uçan aparatlar yoxdur”-deyə qeyd edən Felqenqauer belə hərbi avadanlığın heç Rusiyada da olmadığını vurğulayıb: “Hətta Rusiyada bu cür uçan pilotsuz təyyarələr yoxdur. Azərbaycan bir sıra məsələlərdə hətta Rusiyadan da irəlidədir, çünki israillilər Azərbaycanı bu kimi texnikalarla təchiz edirlər, Rusiyanı isə deyil. Amerika da bənzər hərbi texnikanın Rusiyaya göndərilməsinin əleyhinədirlər. Biz isə öz gücümüzlə bu cür pilotsuz təyyarələri istehsal edə bilmək gücündə deyilik”.

“Azərbaycanın hərbi-texnki üstünlüyü necə idisə, indi də qalmaqda davam edir”

P.Felqenqauer sözlərinə əlavə olaraq bildirib ki, əgər Rusiya iddia edirsə zərbə endirən pilotsuz təyyarələri təxmini olaraq düzəldib, bu zaman “təxmini” və “düzəldib” ifadələri ayrı-ayrı şeylərdir. “Rusiyada zərbə endirən pilotsuz təyyarələr yoxdur, kəşfiyyat xarakterli pilotsuz təyyarələr var ki, onlar da İsrail istehsalıdır”-deyə xatırladan hərbi ekspert erməni ordusunda ümumiyyətlə bu adda hər hansı bir hərbi texnikanın olmadığını əminliklə bildirib: “Yerevanda ümumiyyətlə, belə texnika yoxdur. Bu, çox ciddi faktordur, xüsusilə mövqelər müharibəsi baş verərsə... Ermənistan hərbi texnika baxımından geri qalır. Ermənistanın sovet zamanlarının, Azərbaycanın isə İsrailin modernləşdirilmiş zirehli texnikası mövcuddur. Müharibə baş verərsə, bu faktorlar öz rolunu oynayacaq. Azərbaycanın hərbi-texnki üstünlüyü necə idisə, indi də qalmaqda davam edir”.

Erməni saytına müsahibəsində ona verilən sualları cavablandırarkən, erməniləri məyus edən Felqenqauer aprel müharibəsi ərəfəsində erməni hərbçilərinin hazırlıqlı olduqlarını desə də, bu hazırlığın onların imkan çərçivələrinə cavab vermədiyini bildirib: “Bir çox çatışmayan hallar var ki, onlar hələ də düzəlməyib. Əgər hərbi-texniki cəhətdən üstün olan Azərbaycan geniş masştablı müharibəyə başlayarsa bunun nə qədər təsir edəcəyini demək çətindir. Əgər futbol oynayan tərəflərdən biri braziliyalı oyunçu alıbsa, ikincisi isə yox, hansı qalib gələr? Çox yəqin ki, braziliyalı oyunçu alan komanda...”

Aleksandr Xramçixin: “Azərbaycan bunu istəycəksə, edəcək”

Digər Rusiya hərbi eksperti, Moskvanın siyasi və həbri analiz mərkəzinin direktor müavini Aleksandr Xramçixin isə adıçəkilən erməni saytına açıqlama verərkən hesab edib ki, əgər Azərbaycan yenidən müharibə edərsə, müharibə faktının qarşısını heç cür almaq olmaz. “Hətta hücumların qarşısını uğurla alınması barədə iddialar olsa belə, müharibə fakktının qarşısını almaq mümkünsüzdür. Əgər Azərbaycan bunu istəycəksə, edəcək”-deyə qeyd edən Xramçixin də erməni saytını məyus etməli olub.

Beləliklə, fakt budur ki, Ermənistan mediasında növbəti və daha ağır nəticələrlə başa çata biləcək müharibə xofu səngimir. Bu faktın özü isə kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, işğalçı Ermənistanın ictimai-siyasi dairələri, sadə ermənilər və media bütün hallarda vahimə içindədir. Bu vahimənin məntiqi nəticəsi isə işğalçıları məğlubiyyətə aparan real sübutdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...