Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəfələrlə "dirilən" "Taliban" lideri - ÖLDÜRÜLDÜ

Əfqanıstanın Kunduz bölgəsində ABŞ silahlı qüvvələrinin reallaşdırdığı hava hücumu zamanı "Taliban"ın yüksək rütbəli idarəçilərindən olan Molla Abdul Salam Axund öldürülüb.

Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, "Taliban" Abdul Salamın öldüyü məlumatını təsdiqləyib.

Hücum zamanı Salamla birgə daha 8 "Taliban" xadiminin öldürüldüyü deyilir.

Qeyd edək ki, əfqan səlahiyyətliləri Molla Abdul Salamın əvvəllər də bir neçə dəfə öldüyü haqda məlumat yaymışdılar. Abdul Salam 2015-ci ildə Kunduz şəhərini qısa zaman ərzində ələ keçirən "Taliban" hücumuna rəhbərlik etməsi ilə yadda qalıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...