Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yazışmalar ORTAYA ÇIXDI - İstanbulda ikinci qətliam PLANI

Yeni il gecəsi İstanbulda ikinci terror aktının törədilməsi planlaşdırılmışdı.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu “Reina” gecə klubunda qətliam törədən İŞİD terrorçusu Abdulkadir Maşaripovun telefonu və kompüterində olan yazışmalar ortaya çıxarıb.

Lakin ikinci bir terror hücumunu həyata keçirmək mümkün olmayıb. Polis yazışmalara əsasən, “Reina” terrorçusu ilə ikinci terror hücumunu həyata keçirməyi planlaşdıran şəxsin İstanbulda bir avtobus dayanacağında görüşdüyünü müəyyənləşdirib.

Görüş dekabrın 26-da İŞİD-in Rakka əmirinin verdiyi təlimatla təhlükəsizlik kameralarının olmadığı bir dayanacaqda keçirilib. Polisin məlumatına görə, Rakka əmiri ilk hücumun Maşaripov tərəfindən edilməsini istəyib. İkinci terrorçu isə başqa bir nöqtədə hücuma hazırlaşıb.

Polis hazırda ikinci terrorçunun izini düşmək üçün Maşaripovun olduğu bütün yerlərin görüntülərini əldə etməyə çalışır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...