Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səddam Hüseynin nəvəsi Donald Trampa məktub yazdı

İraqın edam edilən lideri Səddam Hüseynin nəvəsi ABŞ prezidentinə məktub yazıb

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, Mesut Uday Səddam Hüseyn Trampdan İrandakı qohumlarının cənazələri ilə bağlı yardım istəyib.

Məktubda deyilir: "Babası edam edilən bir nəvə kimi sizdən bir tələbim var. İranın şiə silahlılarının qaçırdığı və İranda saxladıqları qohumlarımız var. Onlardan biri də babamın qardaşı Vatban İbrahim əl-Hasan əl-Tikritidir. Bağdad həbsxanasında Vatbanı qətlə yetirdilər və meyidini həyat yoldaşına təslim etdilər. Amma şiə silahlılar cənazəni qaçırdılar və əllərində saxlayıblar. Bundan başqa, Avad Həmid əl-Bəndər və Taha Yasin Ramazanın cənazələri onlardadır. İki il əvvəl silahlılar Tarık Əzizin də cənazəsini hava limanından qaçırmışdılar. Uzun mübarizədən sonra cənazəni Bağdad hava limanından İordaniyaya apara bildik. Təəssüflər olsun ki, bu gün İran digər cənazələrimizi zorla əlimizdən alır və bizə vermir".

 

Məktubunda 2003-cü ildən günahsız insanların Bağdad hökuməti tərəfindən həbsxanalarda saxlanıldığını bildirən Məsut Uday Hüseyn yazır: "Mosulda mülki əhali "Haşdi Şabi" qruplaşması tərəfindən qətlə yetirilir. ABŞ bu məsələdə şiə silahlılarının mülki əhalini öldürməyəcəyi sözünü vermişdi. Amma koalisiya qüvvələri hələ də mülki əhalini bombalayır. İran cənazələri Obamanın hakimiyyəti dövründə ələ keçirib. Bu, beynəlxalq hüquqa və insan haqlarına uyğun deyil. Sizin bu məsələdə həssaslıq göstərəcəyinizi umuram və terrorun ən böyük dəstəkçisi İranın zorla əlində saxladığı cənazələri bizə qaytarmağa kömək edəcəyinizə inanıram".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...