Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölənin arxasınca barmaq kəsmək,qızların dodaqların deşmək... - DƏHŞƏTLİ adətlər-FOTOLAR

Dünyanın müxtəlif bölgələrində qəribə adətlər mövcuddur.

Metbuat.az onlardan bir neçəsini təqdim edir. Mursi qəbiləsindən olan xanımlar 15-16 yaşlarına çatanda alt dudaqlarını çənəylə birləşdiyi yerdən kəsirlər. Yaranmış boşluğa isə iri metal əşya taxırlar. Zaman keçdikcə dəri genişlənir və xanımlar da metal əşyanı daha böyüyü ilə əvəz edirlər.

Hindistanın bəzi kəndlərində yeni doğulmuş körpələr hündür tikilinin, adətən isə türbənin damından yerə atılır. Aşağıda insanlar körpəni tutarkən isə ona xəsarətlər yetirə bilir. Lakin inanca görə, körpənin atılması onu sağlam edir.

İndoneziyadakı Dani qəbiləsindən olan xanımların həyat yoldaşları dünyasını dəyişəndə, qadınlar barmaqlarını kəsirlər. İnanca görə, xanımlar bu yolla onların əzabın çəkirlər. Adət getdikcə unudulsa da, barmağı kəsilmiş yaşlı qadınlara hələ də rast gəlmək mümkündür.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...