Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qeyri-adi xəstəlik - 17 ildir tualetə getmir

Avstraliyada yaşayan 32 yaşlı Kristal Miller qeyri-adi xəstəliyə yoluxub.

"Ölkə.Az" xəbər verir ki, xəstəliyi səbəbindən böyük problemlərlə üzləşən qadın 17 ildir tualetdən istifadə etmir.

Kristal sosial şəbəkədəki səhifəsində 15 yaşından bu xəstəlikdən əziyyət çəkdiyini bildirib. Miller ağrını hiss etməmək üçün günün 15 saatını yuxuda keçirir. Bu isə onun gündəlik həyatına çox mənfi təsir göstərir. Qadın qusmamaq üçün hətta dişlərini də fırçalamır.

22 yaşı olanda isə başqa bir problemlə üzləşib. "Crohn" adlı xəstəlikdən müalicə olunmaq üçün cərrahiyə masasına uzanmalı olub. Həkimlər Kristalın bağırsaqlarının böyük bir hissəsini kəsiblər. Bu xəstəliyin dəqiq bir müalicəsi yoxdur. Həkimlər bağırsaqlara orqanizmdəki nəcisi çölə ifraz etmək üçün kiçik torbalar yerləşdiriblər.

Bu xəstəliyə mübtəla olan xəstələrin üçdə birinin sadəcə qalın bağırsağı, digər üçdə birinin insə incə bağırsağı zədələnir. Qalan üçdə birində isə həm qalın, həm də incə bağırsaq zədələnir. İltihab bağırsağın bütün hissələrinə yayılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...