Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyadakı partlayışda yaralıların sayı artıb

Rusiyanın Sankt-Peterburq şəhərində, Kondratyev prospektindəki supermarketdə baş vermiş partlayış nəticəsində yaralıların sayı 13 nəfərə çatıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, xəsarət alanlardan 8 nəfəri hələ xəstəxanadadır. Onlardan 5 nəfərin vəziyyəti orta, 3-nün isə qənaətbəşxdir.

Bundan əvvəl 10 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün axşam saatlarında mağazanın saxlama kamerasında 200 qr trotil ekvivalentində partlayıcı qurğu işə düşüb. Faktla bağlı cinayət işi açılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...