Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meksikada model güllələndi

Venesuelalı model Andreina Elisabe Eskaliona Meksikada qətlə yetirilib.

Mynews.az xəbər verir ki, hadisə San-Pedro şəhərinin Nuevo-Leon ştatında baş verib.

Belə ki, qadın diskotekadan evə yollanarkən onun avtomobilinə atəş açılıb. Güllələrin biri 27 yaşlı modelin baş nahiyəsinə dəyib, nəticədə o, dünyasını dəyişib. 

Modelin sevgilisi güllə yarası alsa da, sağ qalıb.

Qətlin qisas zəminində törədildiyi güman olunur. (oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...