Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bal ayı"ndan qayıtdı, zərbədən öldü - FOTO

Qreq Brendon Fusko ötən ay sevgilisi Teylorla evlənmişdi. Onlar Havay adalarında keçirdikləri "bal ayı"ndan yenicə qayıtmışdılar.

Milli.Az  New York Post-a  istinadən bildirir ki, 38 yaşlı Qreq ABŞ-ın Florida ştatındakı Nokati şəhərində softbol matçına yollanmışdı.

Meydanda oyuna çıxan Qreq ötürmə zamanı topu tuta bilməyib və top onun başına dəyib.

Zərbədən huşunu itirən Qreq hospitala aparılsa da, özünə gəlməyib.

Həkimlərin dediklərinə görə, Palm Harbor şəhərinin sakini Q.Fuskonun beynində tromb əmələ gəlib. Hospitalda iki həftə reanimasiya bölməsində qalan Qreq keçinib.

Qreqin ailəsi və dostları indi GoFundMe servisində xeyriyyə səhifəsi yaradaraq hospitaldakı müalicənin pulunu toplamağa çalışırlar. Gərəkli 50 min dolların 22317 dolları artıq toplanıb.

Şənbə günü isə "Tamba Bay" softbol klubunun arenasında xeyriyyə matçı keçiriləcək. Yığılan pullar Qreqin dul qalmış xanımı Teylora veriləcək.

Beynəlxalq "International Slow Pitch Softball" təşkilatı isə oyunçulardan meydanda qoruyucu şlemlərdə olmasını tələb edəcək yeni qayda hazırlayırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...