Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni doğulan körpə itlərə atılıb

Rusiyanın Krasnoyarsk diyarında dəhşətli hadisə baş verib. 

Milli.Az salamnews-a istinadən xəbər verir ki, Açinsk şəhər sakini yeni doğulmuş körpənin itlər tərəfindən parçalanmış cəsədini tapıb.

Aparılan ekspertiza tədbirləri nəticəsində körpənin dünyaya sağ gəldiyi və anası tərəfindən küçəyə atıldığı müəyyən edilib.

Bildirilib ki, şəhər sakinlərindən biri itinin xaltasını açaraq sərbəst buraxıb. Bir müddətdən sonra it içində gəmirilmiş körpə cəsədinin olduğu bağlamanı dartaraq gətirib. Sahibsiz itlərin yetirdiyi xəsarət o qədər böyük olub ki, körpənin cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Lakin ekspertlər körpənin dünyaya sağ gəldiyini bildiriblər. Onun ölüm səbəbi hələ ki, dəqiq müəyyən edilməyib.

 

Faktla əlaqədar cinayət işi açılıb. Uşağın valideynləri axtarışa verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...