Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranda şok qərar - çadrasız gəzənlər... - VİDEO

İran polisi islam qaydalarına uyğun geyinməyən qadınların bundan sonra cəzalandırılmayacağını açıqlayıb.

Mynews.az xəbər verir ki, bu barədə İranda islahatçı düşərgəyə yaxınlığı ilə tanınan "Şərq" qəzeti yazıb. Tehranın polis şefi Hüseyn Rəhimi həmin qadınların polis idarələrinə aparılmayacağını və həbs olunmayacaqlarını bildirib. Polis rəisi əlavə edib ki, Tehranda yüzdən çox "maarifləndirici mərkəz" açılıb və şəriət qaydalarına uyğun geyinmək istəməyənlər həbsxanalara yox, həmin qurumlara götürüləcək.

Xatırladaq ki, İranda belə geyimlərə qarşı olan qadınlar müxtəlif formalarda dəfələrlə etiraz aksiyaları keçirib. Hətta onlardan bir qrupu çadraya qarşı çıxaraq saçlarını dibdən kəsdirib.

Son illərdə isə əksər qadınlar qara çadra əvəzinə rəngli yaylıqlardan istifadə etməyə başlayıb. İranda 1979-cu il İslam inqilabından sonra qadınlar çadraya bürünməyə məcbur edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...