Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

8-ci mərtəbədən özünü aşağı atdı - 21 aylıq körpənin üzərinə düşdü / FACİƏ

İntihar edən adam 21 aylıq uşağın üstünə düşüb.

Metbuat.az bildirir ki, hadisə Ukraynada baş verib. Binanın 8-ci mərtəbəsində yaşayan 39 yaşlı adam pəncərəyə çıxaraq özünü aşağı atıb. Bədbəxtlikdən həmin an binanın həyətində olan 21 aylıq uşağın üzərinə düşüb. Uşaq və adam hadisə yerində dünyasını dəyişib.

Hadisə anında uşağın yanında atası da olub. Övladının yanından 5 dəqiqəliyinə ayrılan ana qayıdanda onun cəsədi ilə qarşılaşıb.

Hazırda polis 21 yaşlı uşağın ölümünə səbəb olan intiharın səbəblərini araşdırır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...