Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyanın hərbi bazasına hücum: Yeddi təyyarə məhv edildi

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın “Hmeymim” aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

Mynews.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetinin hərbi-diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, minaatanlardan edilmiş hücum nəticəsində Rusiya ordusuna aid 4 ədəd Su-24 bombardmançısı, 2 ədəd müxtəlif təyinatlı Su-35C qırıcısı və bir ədəd An-72 hərbi-yük gəmisi məhv edilib. 

Döyüşçülərin atdığı mərmilərdən biri bazadakı silah-sursat anbarını dağıdıb. Ondan çox hərbi qulluqçunun yaralandığı güman edilir. Məqalədə yaralılar arasında Rusiya vətəndaşlarının olub-olmadığı göstərilmir. Rusiya Müdafiə Nazirliyi yayılan xəbəri şərh etməyib. “Lenta.ru” saytının hərbi mənbələri təyyarələrin  partladılması, hərbçilərin yaralanması  ilə bağlı informasiyanı təsdiq edə bilməyib.

Terrorçu qruplaşmaların fəaliyyətinin monitorinqi (müşahidəsi) ilə məşğul olan “Directorate 4” kanalı,  dekabrın 31-dən yanvarın 3-nə kimi olan müddətdə Suriyada olan heç bir qruplaşmanın Rusiya hava bazasına hücum həyata keçirməsi ilə bağlı bəyanat yaymadığını  bildirir. Kanalın yaydığı xəbərə görə dekabrın sonunda döyüşçülər hava bazasına hücum etsələr də, buraxılan raket “Pansır-C1” tipli zenit-raket kompleksləri ilə havada zərərsizləşdirilib.

“İddia olunan hücumun baş verib-vermədiyini müəyyənləşdirmək üçün onun  peyk görüntüləri olmalıdır. Təcrübə onu göstərir ki, qərb xəbər agentlikləri belə görüntülər olduqda, onları ani şəkildə yayır”, - deyə “Directorate 4” müəllifi məqalədə qeyd edir.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi təyyarələrin məhv edilməsi ilə bağlı xəbəri “yalan” adlandıraraq, təkzib edib.

Xatırladaq ki, çərşənbə günü Suriyada Rusiyaya aid Mi-24 helikopterinin qəzaya uğraması ilə bağlı xəbər yayılıb. Rusiya Müdafiə Nazirliyi helikopterin dekabrın 31-də Hama aerodromundan 15 kilometr aralıda yerə çırpıldığını təsdiqləyib. Hadisə nəticəsində hər iki pilot həlak olub, sağ qalmış göyərtənin texniki əməkdaşı tibbi yardımın göstərilməsi üçün “Hmeymim” hava bazasına təxliyyə olunub. 

Müdafiə Nazirliyinin bəyanatına görə, helikopter texniki nasazlıqla əlaqədar qəzaya uğrayıb,  yerdən və ya havadan heç bir hücum olmayıb. Habelə suriyalı döyüşçülər helikopterin yerdən vurulduğunu iddia edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...