Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada güclü yanğın: On çinli öldü

Novosibirskin şəhərkənarında yerləşən ayaqqabı fabrikində baş verən güclü yanğın əcnəbi işçilərin həyatına son qoyub.

Mynews.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi hadisə yerində qurulmuş operativ qərargahdan olan mənbəyə istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, 10 nəfər həlak olub. Qurbanların hamısı çinli fəhlələrdir. Yanğından mühafizə əməkdaşları gələnə qədər özləri müdaxilə etməyə çalışıblar. Ancaq dəm qazından boğulublar”, – deyə mənbə bildirib.

Qurbanların sənədlərinə əsasən, onlar Çin vətəndaşları olub və fabrikin ərazisində işləyib. Hadisənin səbəbləri araşdırılır. Mənbə bütün ehtimalların nəzərdən keçirildiyini qeyd edib.

“Əsas versiya qısaqapanma və  elektrik sistemində baş verən nasazlıqdır.  Ancaq həlak olanların əsas təhlükəsizlik qaydaları ilə tanış olmadığı və ya sənaye müəssisəsində əmək təhlükəsizlik normaları ilə bağlı təlimatlandırılmadığı istisna edilmir”, – deyə mənbə bildirib.

Fabrikin ərazisində olan fəhlələrdən heç biri yanğından sağ çıxmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...