Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbulda torpaq sürüşdü

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi olub.

Mynews.az report-a istinadən bildirir ki, hadisə şəhərin Ataşehir rayonunda baş verib.

Batı Ataşehir rayonunun bələdiyyəsindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində rayonun Barbaros məhəlləsində yerli bələdiyyəyə məxsus avtoparkın yanındakı binanın istinad divarı çöküb.

Hadisə yerinə təcili yardım briqadaları xilasedicilər cəlb olunub. 

Yerli bələdiyyənin avtomobil dayancağından maşınlar çıxarılır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...