Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metroda AKSİYA - "Şalvarlarını çıxardıb..." - VİDEO

ABŞ-da ənənəvi "Şalvarsız Metro Səyahəti" aksiyasının 17-ci nümayişi keçirilib.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, Nyu Yorkda "İmprove Everywhere" qrupu tərəfindən başladılan aksiyalar ənənəvi şəkildə ölkənin bir çox şəhərində geniş şəkildə yayılmağa başlayıb. Silsilə hal alan aksiyalara bu il polislər müdaxilə etməyiblər.

-10 dərəcə şaxtada Nyu-York metrosuna girən gənclər, şalvarlarını aşağı çəkərək növbəti stansiyalara bu vəziyyətdə gediblər. Sərnişinlərin diqqətini çəkən gənclər, onlara ünvanlanan suallara zarafatyana cavablar veriblər: "Şalvarımı geyinməyi unutdum", "Qlobal istiləşməyə etiraz edirəm", "Şalvarım islandı, çox üşüdüm, çıxartdım" və s.

Manhetten, Bruklin, Bronx, Queens səmtlərində davam edən aksiyalar müxtəlif metrolarda davam edib.

Nyu-York metrosunda 2 saatdan çox davam edən aksiya "Union" Meydanında başa çatıb.

Həmin görüntüləri təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...