Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə səkkiz uşaq atası ad günü şəkli çəkdirdi və öldü - VİDEO

Türkiyədə səkkiz uşaq atası doğum günü münasibətilə çəkdirdiyi şəkildən sonra dünyasını dəyişib.

Mynews.az bu barədə “New York Post”a istinadən xəbər yayıb.

Saytın məlumatına görə, 38 yaşlı Xəlil Dağ qayanın üzərindən uğursuz şəkildə tullanaraq, 20 metr hündürlükdən yerə çırpılıb. Faciəvi insidentin görüntüsünü onun dostlarından biri kamerası ilə qeydə alıb.

Məlumatda qeyd olunur ki, Xəlil Dağ hadisə zamanı Türkiyənin cənubunda, Şanlıurfa şəhərində yerləşən Urfa qəsrinin yaxınlığında olub. Bədbəxt hadisə qurbanının kürd restoranının qarşısında yerə çırpıldığı bildirilir. Restoranda olan bir çox müştərilər faciəvi insidentin şahidi olub. Xəstəxanaya çatdırılan Xəlil Dağ həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...