Ukraynada müştərisini dəyənəklə döyən azərbaycanlıya ağır cəza
Kiyev vilayətində müştərisini dəyənəklə döyərək öldürmüş azərbaycanlı kafe sahibi doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Mynews.az xəbər verir ki, bu barədə Kiyev vilayəti Prokurorluğunun mətbuat xidməti bəyanat yayıb.
Birinci instansiya məhkəməsi cinayətkarlardan birini 9doqquz il müddətinə azadlıqdan məhrum edib”, – deyə bəyanatda qeyd olunur.
Bəyanata görə, təqsirləndirilən şəxs günahkar olduğunu bildirməyib və məhkəmənin qərarı ilə razılaşmayaraq, vəkilinin vasitəsilə qərardan apellyasiya şikayəti verib, bəraət haqqında yeni qərarın çıxarılmasını tələb edib.
Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı dəyişməz saxlayıb, həmin şəxs doqquz ilini həbsxanada keçirməli olacaq.
Xatırladaq ki, 2016-cı ilin oktyabr ayında Ukraynanın Skvir şəhərində yerləşən iaşə obyektlərindən birində kafe sahibi ilə müştəri arasında mübahisə düşüb. Mübahisədən sonra içkili vəziyyətdə olan cinayət qurbanı kafe sahibinin maşınını zədələyib.
Daha sonra Ukraynada yaşamaq icazəsi olan Azərbaycan əsilli sahibkar onunla “hesablaşmağı” qərara alıb və qardaşı ilə birgə zərərçəkəni kafenin ayrıca bir otağına apararaq, ona sərt yumruq və təpik zərbələri, həmçinin taxta dəyənəklə çoxsaylı bədən xəsarətləri yetirib.
Bundan sonra kafe sahibi zərərçəkənin qardaşına zəng edərək, onu kafedən gəlib aparmasını tapşırıb. Zərərçəkən həmin gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Mühakimə olunan qardaşın materiallarına isə ayrıca cinayət işi üzrə baxılır, belə ki, həmin şəxs hal-hazırda axtarışdadır.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub