Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məktəbdə şagirddən QANDONDURAN CİNAYƏT - 15 yaşlı sinif yoldaşının boğazını kəsdi

15 yaşlı məktəbli dərsdən sonra imtahanlara hazırlaşan zaman sinif yoldaşı tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, hadisə Çində baş verib. 15 yaşlı Xiao Vi sinif yoldaşının amansız hücumuna məruz qalıb. Qız kömək çağırmaq istədiyində isə, oğlan əlindəki bıçaqla qızın boğazını kəsib.

Hadisə zamanı sinif otağında olan digər uşaqlar ona mane olmağa çalışsalar da, əlində bıçaq olduğu üçün qorxublar. Xiao Vi hadisə yerində ölüb.

Cinayəti törədən H.Yan isə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinərək polislər tərəfindən saxlanılıb.

Polisə ifadəsində son dərəcə çətin imtahanlara hazırlaşdıqlarını deyən H.Yan əsəblərinin gərgin olduğunu və hadisəni istəyərək törətmədiyini bildirib.

Məktəblinin üzərində bıçaqla sinif otağına daxil olmasına icazə verildiyi üçün məktəb direktoru haqqında araşdırma başladılıb.

Hadisə şahidlərinin sözlərinə görə, H.Yan məktəbdə fasilə zamanı mətbəxə düşərək oradan bıçaq götürüb.

Faktla bağlı cinayət işi başladılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...