Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-dan şok - Türkiyə sərhədinə 30 minlik ordu yeridilir

ABŞ Suriyanın Türkiyə ilə sərhədinə YPG terrorçularından ibarət ordu yerləşdirəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Xəbərlər” qəzeti informasiya yayıb.

Məlumata görə, İŞİD-ə qarşı qurulan koalisiyanın rəsmilərindən biri “Suriya Türkiyə sərhədinə milislərdən ibarət 30 minlik ordu yerləşdirəcəyik”, - deyib.

Ordunun məhz YPG-dən təşkil olunacağı bildirilir.

Qeyd edək ki, PKK terror qruplaşmasının liderlərindən olan Siyabənd Vəlad bir müddət əvvəl ABŞ-ın Türkiyə sərhədi boyunca 100 min nəfərdən ibarət ordu yaratmaqla bağlı təlimat verdiyini açıqlamışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...