Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çexiya prezidentinə hücum - VİDEO

Çexiya Prezidenti Miloş Zeman "Femen" hərəkatının üzvü tərəfindən hücuma məruz qalıb.

İnterpress.az xəbər verir ki, yarımçılpaq aktivist Anjelina Diaş Çexiya Prezidenti Miloş Zemanın prezident seçkilərində səs vermək üçün gəldiyi seçki məntəqəsində hücum edib.

Kadrlarda femen aktivistinin siyasətçini görərək əynindəki kurtkanı atdığını və kobud ifadələr işlətdiyi görünür. Prezidenti arxadan itələməyə çalışan aktivisti prezidentin cangüdənləri dayandırmağa müvəffəq olublar.

Qadın "Xuliqanlıq" maddəsi ilə cinayət törətməkdə ittiham olunaraq 48 saat saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...