Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni generalın oğlu qəzada öldü

Ermənistan İstintaq Komitəsi Yerevanda bir nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatını araşdırır.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da, səhər saatlarında baş verib.

“Kia Sorento” markalı avtomobil Myasnikyan prospektində yoldan çıxaraq çaya düşüb.

Qəza nəticəsində sürücü R.Qalstyan hadisə yerindəcə ölüb, sərnişin A.Ter-Qriqoryan isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyanın oğlu olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...