Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Terrorçular zirehli texnika ilə əsgərləri əzdilər - VİDEO

Sosial şəbəkələrdə Suriyanın İdlib vilayətində yaraqlıların zirehli şəxsi heyət daşıyıcısı ilə Suriyalı hərbçiləri əzməyə çalışdığını göstərən görüntülər yayılıb.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, terrorçuların fəaliyyətinin monitorinqini aparan "Directorate 4" kanalında görüntünün videoçarxı yerləşdirilib.

Kanalın məlumatlarına görə, Panthera F9 zirehli şəxsi heyət daşıyıcısında Suriya hökumət qüvvələrinin mövqelərinə edilən hücum "Ceyş İdlib Hür" qruplaşmasının yaraqlıları tərəfindən təşkil olunub.

Kadrlarda görmək olur ki, terrorçulara aid ZŞHD-də olan terrorçular qarşılarında qaçan hərbçiləri əzməyə çalışır. Əsgərlər atəş açaraq terrorçulara cavab verir.

Yanvarın 11-də yayılan xəbərə görə, Suriyanın əsas ordu qüvvələrini Əbu Zühur aviabazası istiqamətində əməliyyatlara səfərbər etməsindən sui-istifadə edən bir neçə ekstrimist qruplaşma, o cümlədən, "Ceyş İdlib Hür" Suriya hökumət qüvvələrinin İdlibdəki mövqelərinə hücumlara başlayıb. Yaraqlılar vilayətin cənubunda ondan çox yaşayış məntəqəsini ələ keçirsə də, sonradan hökumət qüvvələri onların bir hissəsini geri alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...