Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda hərbçilər qəzaya düşdü: - Ölənlər var-FOTO

Yanvarın 18-də Ermənistanda Sisyan-Şəki avtomobil yolunda hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Sisyan-Şəki  maşın yolunda təxminən 09:20 radələrində “VAZ 2107” və “Ural” markalı avtomobillər toqquşub.

Yol hadisəsi nəticəsində “VAZ 2107”-də olan Arşak Ovannisyan və Martik Ovannisyan həlak olub, yaralanan Elmira Sarkisyan isə Sisyan tibb mərkəzinə çatdırılıb.

Fakt üzrə Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Ural” markalı maşında hərbi qulluqçular daşınıb. Hərbçilər qəzadan xəsarət almayıb, onların başqa avtomobillə hərbi hissəyə aparıldığı bildirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...