Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada atom sualtı gəmiləri utilizasiya olunacaq

Rusiyada 941 (şifrə adı “Akula”) layihəsi üzrə buraxılmış “Arxanqelsk” və “Sverstal” atom sualtı gəmiləri utilizasiya olunacaq.

Mynews.az xəbər verir ki, bu barədə “RİA Novosti” yanvarın 19-da gəmiqayırma sahəsindən olan mənbəyə istinadən məlumat yayıb.

Sualtı gəmilər Rusiya hərbi-dəniz donanmasının döyüş heyətindən çıxarılıb. Utilizasiyanın səbəbinə gəlincə, agentliyin müsahibi onların istismarına artıq lüzum olmadığını bildirib. “Rosatom”un sualtı gəmiləri 2020-ci ilə kimi utilizasiya edəcəyi bildirilir.

Hal-hazırda Rusiya Hərbi Dəniz Donanmasında döyüş heyətinin tərkibində  olan 941U layihəsi əsasında hazırlanmış yeganə sualtı gəmi “Bulava” ballistik raketinin sınağının aparıldığı “Dmitri Donskoy” sualtı gəmisidir.

941 layihəsinə aid olan sualtı-gəmilər dünyanın ən böyük atom submarinləri sayılır. Layihə üzərində sovet konstruktoru Serqey Kovalyov işləyib. İlk bu tipdən olan TK-208 gəmisi 1980-ci ildə suya buraxılıb. Submarinin uzunluğu 172 metr, ağırlığı 49.8 min tondur. Ümumilikdə altı belə sualtı gəmi inşa olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...