Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sevdiyi oğlanla evlənmək üçün evdən qaçdı, qohumu tərəfindən zorlanıb öldürüldü - FİLM kimi hadisə

Cinayətkar öldürdüyü şəxsin meyitini soyuducuda gizlədib.

Londonda yaşayan Pakistan əsilli Selin Dooxran adlı 20 yaşlı qızın liviyalı sevgilisi ilə olan münasibətinə qızın ailəsi qarşı çıxıb. Bu halla barışmayan Selin evdən qaçaraq qohumu 33 yaşlı Mücahid Arşidin yanına yerləşib.

Bir müddətdən sonra isə qohumu qızı sevməyə başlayıb, o, 28 yaşlı dostu ilə ona qarşılıq verməyən Selini və onunla eyni yaşda olan, adı açıqlanmayan rəfiqəsini qaçırıblar. Onlar qızlara təcavüz edib, boğazlarını kəsiblər. 

Mücahid qızın cəsədini evin soyuducusunda gizlədib. Yaralı olan digər qız isə onunla cinsi əlaqəyə girməyi qəbul edib və sərbəst buraxılıb. O, hadisə yerindən qaçaraq bu barədə anasına məlumat verib. Bundan sonra hüquq mühafizə orqanları əməkdaşları Selinin meyitini soyuducuda tapıb.

Polisin apardığı əməliyyat nəticəsində cinayətkar həbs olunub. O, ifadəsində Selini sevdiyini və ona qarşılıq vermədiyi üçün bu əməli törətdiyini, meyiti yox etmək üçün üstünə sirkə turşusu tökmək istədiyini, sonra isə bunu edə bilmədiyini deyib. 
:GoldNews.Az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...