Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Afrində 113 hədəfdən 108-i məhv edilib - VİDEO

Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub. 

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.

"Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür", - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...