Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-dan etiraf: Ankara bizi xəbərdar edib

Türkiyə Suriyanın şimalında Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasından olan kürdlərə qarşı  aviareydlər keçirməyi planlaşdırdığı barədə Vaşinqtonu qabaqcadan xəbərdar edib.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bazar günü ABŞ müdafiə naziri Ceyms Mettis jurnalistlərə verdiyi açıqlamada deyib.

“Türkiyə bizimlə açıq olub. Onlar hərbi təyyarələri göndərməzdən və aviareydlər keçirməzdən əvvəl bizi bu barədə xəbərdar edib və bizimlə məsləhətləşib”, – deyə Pentaqonun rəhbəri bildirib.

“Hal-hazırda hansı addımların atılacağını götür-qoy edirik”.

Türkiyə Silahlı Qüvvələrinin Baş Ordu Qərargahı şənbə günü, 1.5 milyon suriyalı kürdün yaşadığı Afrin rayonunda “Xalq Özünümüdafiə Qüvvələri” (YPG) və “Demokratik ittifaq” Partiyasından olan kürd biləşmələrinə qarşı “Zeytun Budağı” adlı əməliyyatın başladığını elan edib. Türkiyə ordusunun başlıca olaraq hədəfə aldığı “Xalq Özünümüdafiə Qüvvələri” ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasının əsas zərbəçi qüvvəsi sayılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...