Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğan: Qarşımıza çıxanı əzib-keçərik

Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı Afrində həyata keçirilən “Zeytun budağı” hərbi əməliyyatının çox qısa zaman ərzində tamamlanacağını deyib.

Mynews.az-ın xəbərinə görə, Ərdoğan terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin “Türkiyənin 81 bölgəsində “Zeytun budağı” əməliyyatına qarşı etirazlara başlanılsın” çağırışına çox sərt reaksiya verib.

“Meydanlara çıxma yanlışına düşənlər olarsa, o zaman bunun cavabını çox ağır şəkildə alarlar. Qarşımıza kim çıxarsa-çıxsın, əzər, keçərik”, - deyə Ərdoğan sözlərinə əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...