Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ Rusiyanın ən ideal silahından danışdı

Rusiyanın “Pansir-C” zenit-raket kompleksi pilotsuz uçan aparatların (PUA) tətbiqi ilə həyata keçirilən kütləvi hücumların dəf edilməsi üçün ən ideal silahdır. ABŞ-da buna oxşar heç bir silah yoxdur.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “National Interest” jurnalında məlumat yayılıb.

Məqalədə yazılanlara görə, rusiyalı hərbçilər Suriyada olan müddətdə adıçəkilən zenit-raket kompleksləri dəfələrlə raket və pilotsuz uçan aparatları zərərsizləşdirib. Buna misal kimi, 2017-ci ilin dekabr ayında yaraqlıların “Hmeymim” aviabazasına atdığı iki raketin havada dəf edilməsi göstərilir.

Məqalənin müəllifinin fikrincə, ZRK C-400-dən fərqli olaraq, daha kiçik radiusu əhatə etdiyinə görə, jurnalistlər “Pansir-C” kompleksləri barədə heç nə danışmır. Müəllif “Pansir-C”-nin təkcə raket və PUA-ları deyil, eyni zamanda, aşağı yüksəkliklərdə uçan təyyarə və helikopterlərin öhdəsindən gələ bildiyini qeyd edir.   

Sözügedən zenit-raket kompleksi yük maşınına yerləşdiyindən onu asanlıqla bir nöqtədən başqa bir nöqtəyə köçürmək olur. “Pansir”in hər biri saniyədə 40 atəş aça bilən iki ədəd 30 millimetrlik topu və 12 zenit raketi olur.

Xatırladaq ki, dekabrın 31-də Rusiyanın Suriyadakı “Hmeymim” aviabazası raket hücumuna məruz qalıb. Yanvarın əvvəlində xarici KİV-də yayılan məlumatlarda hücum nəticəsində yeddi təyyarənin məhv edildiyi iddia olunub. Rusiya Müdafiə Nazirliyi bazaya hücumun baş verdiyini təsdiqləsə də, yaraqlıların raket deyil, minaatanlarla hücum etdiyini, hadisə nəticəsinə iki hərbi qulluçunun öldüyünü, heç bir təyyarəyə ziyan dəymədiyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...