Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponiyada güclü qar - 70-ə yaxın şəxs xəsarət alıb

Yaponiyada yağan güclü qar 10-larla insanın xəsarət almasına səbəb olub.

Trend-in məlumatına görə, ən azı 67 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölkənin əsas meteoroloji agentliyi pis hava şəraitinin sabah da davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Dünən axşamdan yağmağa başlayan qar Yaponiyada yerüstü və dəmir yolunun hərəkətini iflic edib. O cümlədən 337 daxili aviareys təxirə salınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...