Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məzardan çıxarılan cəsəd görənləri heyrətə gətirdi

Tailandda buddizm mərasiminin icrası məqsədilə noyabr ayında dəfn edilmiş rahibi məzardan çıxarıblar. Hadisənin şahidləri rahibin cəsədini görərkən şoka düşüblər. Belə ki, məzarda olarkən rahibin üzündə təbəssüm yaranıb.

Mərkəzi ərazilərində tanınmış din xadimi olub. Əslən Kambocadan olan rahib ötən il noyabrın 16-da 92 yaşında dünyasını dəyişib. Amma dünən xüsusi budda mərasiminin icrası üçün onun cəsədini məzardan çıxarmaq lazım gəlib. Rahibin dini fəaliyyətinə pərəstiş edənlər onun cəsədinə baxarkən heyrətə gəliblər. Onun cansız yaşıl sifətinə yumşaq bir təbəssüm çöküb.

Həmçinin onun cəsədi sanki məzarda 2 ay deyil, 36 saat qalmış kimi görünür. Buddizm möminlərinin fikrincə, rahib həqiqi “nirvana” mərhələsinə qədəm qoyub. “Nirvana” – budda məzhəbinə görə, insan öldükdən sonra onun ruhunun əzab-əziyyətlərdən qurtularaq əbədi səadətə qovuşmasıdır. Kuryoz.com fotonu təqdim edir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...