Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xarici könüllülər türklərə qarşı döyüşəcək

ABŞ, Almaniya və Britaniyadan olan könüllülər Türk ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün "Suriya Demokratik Qüvvələri" koalisiyasından olan kürd yaraqlılara qoşulacaq.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" məlumat yayıb.

"Rəqqada döyüşmüş və hazırda Deyr-Əz-Zor rayonunda döyüşən xarici yaraqlılar Afrinə yollanmaq fikrinə düşüblər", - deyə "SDQ" hərbi komandanlarından olan Redur Selil bildirib.

O, onlarla insanın kürdlərə qoşulacağını bildirsə də, dəqiq say barədə məlumat vermək istəməyib.

 

Qeyd edək ki, bir çox Qərb dövlətlərindən olan könüllülər kürdlərə dəstək olan döyüşçülər qismində İŞİD terrorçu qruplaşmasına qarşı savaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...