Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2 yaşlı qız siqaret çəkir, söyüş söyür - Valideynləri də baxıb gülür - VİDEO

Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır.

Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub.

Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər.

Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.

Video sosial şəbəkələrdə yayılıb. Videonu çəkənlər ciddi şəkildə qınanılıb.

Rusiya polisinin verdiyi məlumata görə, valideynlərin kimliyi müəyyənləşən kimi onlar valideynlik hüquqlarından məhrum olunacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...