Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DƏHŞƏT - Məhbusları küçədə insanların gözləri qarşısında güllələdilər - VİDEO

Liviyanın Benqazi şəhərində məhbusları küçədə - camaatın gözləri qarşısında güllələyiblər.

Publika.az xəbər verir ki, hadisənin görüntülərini “Al Arabiya” nəşri dərc edib.

Kadrlarda göy rəngli iş paltarında və gözləri bağlı 9 kişi görünür. Daha sonra onların qanlar içində yerdə uzandıqları göstərilir. Güllələnmədən sonra cəsədləri pikaplara yükləyərək insanların qışqırıqlarının altında aparıblar.

Nəşr yazır ki, güllələnmə yanvarın 23-də terror aktı törədilən məscidin qarşısında icra edilib. Terror aktında 35 nəfər həlak olmuşdu.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...